Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyanı uşaqlara verək” başlığı altında tədbir keçirilib

02.06.2022

    01.06.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq  şöbəsi 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü ilə əlaqədar “Dünyanı uşaqlara verək” başlığı altında tədbir keçirildi.Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Günel Qasımova açaraq  1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qonaqları təbrik edib və xoş arzularını bidlirdi. Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini, dövlətimiz tərəfindən insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmin olunmasına böyük diqqət yetirildiyini, bu sahədə qanunların, dövlət proqramlarının qəbul edildiyindən danışdı.Metodika və Biblioqrafiya şöbəsinin müdiri Gülnarə Mamedova çıxış edərək 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə uşaqları təbrik etdi. Onlara bu bayram haqqında məlumat verdi.Tədbirdə Kəlbəcər rayon 9 və 11 saylı tam orta məktəbin şagirdləri Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” poeması  əsasında  səhnəcik göstərdilər.Uşaqlar Hərbi Vətənpərvərlik mövzusunda şeirlər söylədilər.Tədbirin sonunda Kəlbəcər rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında musiqi səsləndirildi.

 

222.5 KB

 

134.7 KB