02.06.2022
01.06.2022ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Sərkar uşaq musiqi məktəbinin müəllimləri Tağıyeva Aynurə,Zeynalova Gülgün,Yusifov Amil və Ağayev Hafizin birgə hazırladıqları "1iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə"həsr olunmuş sinif konserti keçirildi. İlk öncə 44günluk Vətən müharibəsində canınan keçmiş şəhidlərimizin əziz xatirəsi 1dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlərin birgə hazırladıqları ansambl nömrələr səsləndirildi. M.Əhmədov "Marş"-tarda Əlizadə Renat,Əsgərov Nihad,Hüseynzadə Ramiz ifa etdilər, fortepianoda Kərimzadə Zəhra müşayiət etdi. Daha sonra Rus xalq mahnısı "Korovuşka"-fortepianoda ifa edirlər Bağirzadə Nərmin,Tağızadə Fidan. Gürcü xalq mahnısı "Suliko" qarmonda Quliye Qulu,İsalı Üzeyir ifa etdilər. Savelyev "Pişik Leapoldun mahnısı"- tarda Hüseynzadə Ramiz,Əlizadə Renat, Əlizadə Təhmasib ifa etdilər.