02.06.2022
Goranboy rayon Dövlət Rəsm Qalereyası Goranboy rayonunda təşkil edilmiş 1 iyun Uşaqların müdafiəsi gününə həsr olunmuş ümumrayon tədbirində yeni yetmə rəssamların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə sərgi barədə məlumat verərək bildirmişdir ki, Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.