Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirilib

02.06.2022

01.06.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin və Samux rayon Uşaq Gənclər və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaqlar gələcəyimizdir" adlı tədbir keçirildi. Tədbirdə həmçinin tariximizə Zəfər sözünü öz canları bahasına yazmış olan Samux rayonundan olan şəhidlərin övladları, ailə üzvləri və yaxınları da iştirak etmişdir.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Raziyə Qasımova, elmi işçisi Aygül Cabbarova, Samux rayon

Uşaq Gənclər və İnkişaf Mərkəzinin direktoru Məhəbbət Həsənova uşaq günü ilə əlaqədar məlumat verdilər. Ulu öndər Heydər Əliyevin uşaqlara göstərdiyi qayğı və sevgidən danışdılar. Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış, hərəsi bir qəhrəmanlıq dastanı qoyub getmiş şəhidlərimizin hər bir uşaq üçün örnək olacağından bəhs etdilər.

Tədbir uşaqların hazırladıqları rəqslər, musiqi nömrələri, şeir və səhnəciklərlə davam etdirildi.

 

74 KB