Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Uşaqlar bizim gələcəyimizdir” adlı bayram şənliyi keçirilib

01.06.2022

31.05.2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının uşaq şöbəsi 1iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə " Uşaqlar bizim gələcəyimizdir" adlı bayram şənliyi keçirdi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi, Samux rayon Uşaq-gəncləri inkişaf mərkəzinin direktoru Məhəbbət Həsənova , Vətən müharibəsinin Şəhidi Şəhid Qəzənfər Abdullayevin ailəsi -övladı, MİHİ  Samux rayon Komitəsinin sədri Hüseynova Maviyə, Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Nadirova Ülviyyə və məktəbin ansamblı,  Samux rayon Mədəniyyət Mərkəzinin kollektivi, Samux rayon 1saylı və 6saylı körpələr evi -uşaq bağçasının balaca fidanları ,Samux rayon 1 saylı məktəb liseyinin 1a və 4b sinif şagirdləri iştirak etdi. Tədbir şən klounların səhnəyə gəlişi ilə açığ elan olundu. Tədbirin Aparıcısı metodika şöbəsinin metodisti Məhin Məmmədova 1 Iyun Uşaqların Beynəlxalq müdafiəsi günü olduğunu və ölkəmizdədə hər il bu günün təntənə ilə qeyd olunduğunu söyləyərək bu günün tarixi haqqında məlumat verdi. Tədbirdə çıxış edən Samux MKS-nin direktoru Telli Nəsibova,Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon üzrə baş məsləhətçisi Süleyman Əliyev,Uşaq şöbəsinin müdiri Venera Məmmədova,Samux MİHİ-nin sədri Maviyə Hüseynova və digər qonaqlar 1iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə bütün uşaqları təbrik etdilər və uşaqların bizim gələcəyimiz olduğunu və ölkəmizin gələcəyi onların əlində olduqlarını , onların müdafiəsinə hamılıqla qoşulmağın bizlərin borcu olduğunu vurğuladılar.  Tədbirdə Samux şəhər M.Ə.Sabir adına 1saylı məktəb liseyin 1a sinif şagirdləri “Uşaqların bayramı” mahnısı ilə, 4b sinif şagirdləri Şuşa ilinə həsr olunmuş kompozisiya ilə, Samux şəhər 1saylı körpələr evi -uşaq bağçasının fidanları “Vətənin qucağında” musiqisi ilə rəqs, Samux şəhər 6saylı körpələr evi -uşaq bağçası Şuşanın dağları müsiqili rəqsini,Samux şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin kamança muəllimi və şagirdi Tofiq Quliyevdən Vals ifa etdilər. Tədbirdə iştirak edən Samux şəhər Uşaq Musiqi Məktəbi ,Samux rayon 1saylı və 6saylı körpələr evi -uşaq bağçası ,Samux rayon 1 saylı məktəb liseyinin 4a və 4b sinifləri tədris ili ərzində uşaq şöbəsinin tədbirində fəal iştirak etdiklərinə görə fəxri fərmanla təltif olundular. Tədbir balaca fidanların şən klounlar ilə əyləncəli rəqsi ilə davam etdi.Sonda Samux MKS və Samux MİHİ adından tədbirdə iştirak edən Vətən müharibəsinin Şəhidi Şəhid Qəzənfər Abdullayevin övladı Raul Abdullayevə hədiyyə təqdim olundu.

 

135.7 KB

 

168.3 KB