Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Uşaqlar dünyanın sevincidir” adlı onlayn videokonfrans keçirilib

01.06.2022

01.06.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində "Uşaqlar dünyanın sevincidir" adlı onlayn videokonfrans keçirildi.
Tədbirdə Samux rayon Mədəniyyət Mərkəzinin işçi kollektivi və kənd filiallari iştirak etdi. Tədbiri Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. O, bildirdi ki, İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Güllü beşiyində şirin-şirin yuxuya gedən süd qoxulu körpə bəlkə də dünyanın ən məsum və ən günahsız bəndəsidir. Onun bir qığıltısına, şirin təbəssümünə dünyanın bütün naz-nemətini qurban verməyə dəyər. Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Dünyanın ən bahalı daş qaşı, ən qiymətlı sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz.
Sonra söz Qiyaslı kənd klubunun müdiri Kərimova Bülbülə verildi. O, çıxışında bildirdi ki, " Uşaqlı ev bazar, uşaqsız ev məzardır",- deyiblər. Yaxşı nə varsa, hamısı onların üzünədir. Məhşur fransız yazıçısı Viktor Hüqo əbəs yerə demirdi: "Dünyada körpə qığıltısından böyük himn yoxdur". Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Daha sonra çıxış üçün söz Şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşənə verildi. O, qeyd etdi ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - sabahımız, gələcəyimiz, dediyimiz uşaqların bayramıdır.Nazim Hikmət demiş: gəlin dünyanı uşaqlara verək - heç olmasa bir günlüyə, bir neçə saatlığa...

 

51.8 KB