01.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar Heydər Əliyev Park-Kompleksində "Nağıllar aləminə səyahət" başlıqlı kitab sərgisi təşkil etdi. Bir-birindən rəngarəng müxtəlif yaş qruplarına aid seçilmiş kitablar uşaqların marağına səbəb oldu. Böyük kitabxanaçı Günel Əliyeva sərgi ilə yaxından tanış olan uşaqları bayram münasibətilə təbrik etdi və bayramın yaranma tarixi haqqında qısaca məlumat verdi.Bildirdi ki, bu tarix bütün dünyada Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir. Əsas məqsədi dünya ictimaiyyətinin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinin demokratik ənənələr əsasında qurulmasına yönəltməkdən ibarətdir.
Kitabxanaçı sərgiyə yaxınlaşan valdeynlərə kitabxananın ünvanı haqqında məlumat verdi və uşaqları kitabxanaya gətirmələrini tövsiyyə etdi.Sərgidə 100-dən çox uşaq kitabları nümayış olundu.
Əsas məqsəd uşaqlara kitab və mütaliəni təbliğ edərək sevdirməkdir.