01.06.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı kitabxana filialı 01.06.2022 -ci il tarixdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar 15 sayli Körpələr evi Uşaq bağçasının "Günəş" qrupunda " Çiçək ətirli balalar" başlıqlı nağıl saatı keçirdi.Tədbiri 12 N-li kitabxana filialının kitabxanaçısı Xatirə Verdiyeva açaraq uşaqları bu gün münasibəti ilə təbrik etdi və çıxış edərək qeyd etdi ki, bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur.
Uşaqlar bizim gələcəyimizdir.Ona görə də uşaqlar yalnız bayram günü deyil,ilin bütün günlərində qayğı və diqqətə layiqdirlər.Hər bir uşağın qayğısız böyüməsinə şərait yaratmaq dahi şair Nizami Gəncəvi demişkən ” Yer üzünün əşrəfinə çevirmək" dünyadakı bütün insanlarin borcudur. Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaq dünyasının böyük qayğıkeşi,onlarin sevimlisi olmuş, uşaqların təhsili ,sağlamlığı, istirahəti naminə çox mühüm qərar və sərəncamlar imzalamişdır. Onun uşaq dünyasına göstərdiyi qayğı və diqqət bu gün Heydər Əliyev fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri ,millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Kitabxanaçı Xatirə Verdiyeva uşaqlara rus xalq nağılı" Turp",avar xalq nağılı" Dağ və siçan” nağıllarını ifadəli şəkildə oxudu.Sonda uşaqlara güc birlikdədir ,tək əldən səs çıxmaz kimi fikirlər aşılandı. Yaşlarına uyğun seçilmiş rəngarəng nağıllar uşaqlarin marağına səbəb oldu.