Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa həsrəti” adlı dəyirmi masa

08.05.2018

Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyində Şuşa şəhərinin işğalının 26-cı ildönümü ilə bağlı “Şuşa həsrəti” adlı dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanı muzeyin direktor əvəzi Ulduz Bağırova açaraq erməni qəsbkarlarının Şuşanı işğal edarək törətdikləri vəhşiliklərin dünya ictimayyətinə çatdırılmasının zəruriliyindən bəhs etdi.

Dəyirmi masa iştirakçılarının çıxışlarından xüsusi vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal olunmuş torpaqlarımızın azad ediləcəyi, məcburi köçkünlərin doğma yerlərinə qayıdacağı, azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil.