31.05.2022
30.05.2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar uşaq musiqi məktəbinin fortepiano şöbəsində "Şuşa,Sən azadsan!"adlı tədbir keçirildi.
İlk öncə 44 günlük müharibədə şəhid olan igid əsgərlərimizin ruhu 1dəqiqəlik sükutla yad edildi. Sonra fortepiano şöbəsinin müdiri Tağıyeva Aynurə Şuşa haqqında məruzə ilə çıxış etdi. Daha sonra fortepiano şöbəsinin şagirdlərinin ifaları ilə tədbir davam etdi. Tədbirdə Əsgərzadə Nigar və Zeynalova Şahnaz Ü.Hacıbəyli "Arşın mal alan" musiqili komediyasından "Əsgərin mahnısı", Quliyeva Mələk F.Əmirov "Marşyasağı" , İsayeva Məleykə T.Quliyev "Lay-lay" , Tağıyeva Lalə F. Əmirov "Skerso", Bağırzadə Nərmin F.Əmirov "Vals", Məmmdli Nuray E.Nəzirova ''Pyes N8'' Bağırova Səyyarə T.Quliyev ''Görüş'' kinofilmdən ''Vals'' ifa etdilər.