29.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Dəliməmmədli şəhər Uşaq Musiqi məktəbində 28 may "Müstəqillik Günü" - nə həsr olunmuş tədbir keçrildi.
Tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının himni səsləndirildi və tədbir açıq elan edildi. Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Məktəbin xalq çalğı alətləri və fortepiano şöbəsi öz nömrələri ilə çıxiş etdilər. Sonda tədbirdə xüsusi iştirakları ilə fərqlənən bir qrup şagirdlərə məktəbin direktoru Məhsəti Əliyeva tərəfindən Fəxri Fərmanlar təqdim olundu.