Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Ulu Qarabağın döyünən qəlbi Şuşa...” adlı tədbir keçirilib

28.05.2022

 27.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət  İdarəsinin tabeliyində fəaliyyət göstərən  Gəncə şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı,  Gəncə şəhər Mədəniyyət Mərkəzinin filiallarının  iştirakı ilə 2022-ci il Şuşa ili çərçivəsində ” Ulu Qarabağın döyünən qəlbi Şuşa...” adlı tədbir keçirildi.

     İlk öncə Azərbaycan  Respublikasının suverenliyi və torpaqlarımızın qorunması uğrunda  canlarını fəda  etmiş  şəhidlərimizin əziz  xatirəsi bir  dəqiqəlik  sükutla  yad  edildi  və Azərbaycan  Respublikasının  Dövlət  Himni səsləndirildi.

      Tədbirin  aparıcısı  qeyd  etdi ki, nəzərinizə çatdırıram ki, bu künkü  tədbirimiz Ali Baş Komandan ,ölkə rəhbəri Cənab İlham Əliyevin  sərəncamına əsasən 2022-ci il  Şuşa ilinin  qeyd  edilməsi ilə  əlaqədardır.Tədbirimizdə  Gəncə  Regional  Mədəniyyət  İdarəsinin   rəisi Vasif Cənnətov ,  rəis müavini  Asəf  Məmmədov  və  idarənin  əməkdaşları  iştirak  etdilər.

   Tədbirdə  Mədəniyyət  Mərkəzinin  “Arzum “xalq  çalğı  alətləri ansamblı   , “Uşaq Xalq Çalğı  Alətləri  Orkestiri, “ Qeyd gitara qrupu” ,uşaqlardan  ibarərət rəqs qrupu   bir  sira  maraqlı musiqi  nömrələri ilə çıxış  etdilər.

    Tədbirdə  “Uşaq  Xalq Çalğı  Alətləri Orkestirinin  “, “Arzum “xalq çalğı alətləri  ansamblının ifalarında “ Mərcanə “ rəqsi ,” Şuşanın dağlaı “,  “Qarabağ şikəstəsi” və .s. musiqi  nömrələri  tədbir iştirakçıları  tərəfindən alqışlarla qarşılandı.

    Tədbirdə  bir qurup Vətən müharibəsi  qazisi  iştirak etdi. Onlar Şuşa ili çərçivəsində keçirilən tədbirə dəvət  olunduqları üçün öz təşəkkürlərini bildirdilər.

     Tədbirdə Qarabağ mətbəxi , Qarabağı əks etdirən  sənət  nümunələri  və  dekorativ əl işlərindən  ibarət sərgi nümayiş  etdirildi.

   Tədbirin  sonunda Gəncə Regional Mədəniyyət  İdarəsinin rəisi  Vasif Cənnətov çıxış  edərək 2022-ci  il Şuşa  ili münasibəti ilə Mədəniyyət  Mərkəzinin kollektivini  və tədbir  iştirakçılarını təbrik etdi. Daha sonra O, tədbirin təşkilinə görə Mədəniyyət Mərkəzinin kollektivinə öz dərin təşəkkürünü bildirdi.

 

 

 

235.6 KB

 

233.8 KB