Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağın gözü – Şuşa”

08.05.2018

Xocalı rayon Mədəniyyət evində Şuşa şəhərinin işğal olunmasının ildönümü ilə əlaqədar “Qarabağın gözü – Şuşa” adlı dəyirmi masa keçirildi.

Tədbir iştirakçıları Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə Xocalı rayon MKS-nin direktoru Bəhram Məmmədov, rayon Mədəniyyət evinin direktor əvəzi Təranə Qasımova, rayon 3 №li musiqi məktəbinin direktoru Rüstəm Hümbətov, MKS-nin işçisi Şükür Bəşirov və başqaları çıxış edərək Şuşa haqqında onun füsunkar təbiətindən, tarixi keçmişindən, görkəmli şəxsiyyətlərindən, Şuşanın musiqi həyatından ətraflı danışdılar.