28.05.2022
26.05.2022.ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çobanabdallı kənd kitabxana filialı Çobanabdallı kənd Diyarşünaslıq evi, Çobanabdallı kənd tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə "Müstəqilliyimiz daimidir, əbədidir, sönməzdir"başlığı altında dəyirmi masa keçirdi.Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Fatma Əsgərova açdı. O qeyd etdi ki 1918 -ci il mayın 28 -də Azərbaycan xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan ın müstəqilliyini dünyaya bəyan etmiş,xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti hökuməti yaradılmış,Dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş,dövlət qurucluğu sahəsində mühüm tədbirlər həyatı keçirilmişdi. Kitabxanaçı Ağca Abdıyeva çıxışında Cümhuriyyətin beynəlxalq münasibətlərlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmaslndan danışdı. Sonra çıxış üçün söz U.R.B.-nın sədri Məmmədova Svetlanaya verildi.O qeyd etdi ki, yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində ,ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.Tədbirdə söz alan Diyarşünaslıq evinin kütləvi təşkilatçısı Asif Məmmədova verildi.O da öz növbəsində qeyd etdi ki 2021- ci il oktyabrın 18 də bərpa edilməsinin 30 ili tamam olur .Azərbaycan xalqı 1991 -ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq öz ərazi bütövlüyünü bərpa etmiş ,qalib xalq kimi qeyd edir. Sonda Kitabxananın məktəbli oxucuları olan Çobanabdallı kənd tam orta məktəbinin 5 b sinif şagirdləri İsmayılova Arzu “Müstəqillik Bayramı” Əliyeva Fidan “Azərbaycan adlı şeirlər söylədilər