Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şanlı Azərbaycan ” adlı dəyirmi masa keçirilib

28.05.2022

26.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Şəhər kitabxana filialı 28 May Müstəqillik günü ilə əlaqədar "Şanlı Azərbaycan " adlı dəyirmi masa keçirdi.Tədbirdə Şəhər Poçt şöbə rəisi Yusibova Nurlana, Şəhər Mədəniyyət evinin işçiləri Əliyeva Gülşən, Əlizadə Gültəkin, Məmmədova Sənayət və şəhər sakinləri iştirak edirdi. Tədbiri giriş sözü ilə Şəhər kitabxana filialının müdiri Gözəlova Bahar açaraq qeyd etdi ki,1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.Tədbirin davamında şəhər Mədəniyyət evinin bədii rəhbəri Əliyeva Gülşən qeyd etdi ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Sonda Şəhər Poçt şöbə rəisi Yusibova Nurlana çıxış edərək bildirdi ki, Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”

 

124.9 KB