28.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə 27.05.2022-ci il tarixində “Müstəqil Vətənimiz” adlı dəyirmi masa təşkil edildi .
Tədbirdə Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Daha sonra çıxış üçün Seyidlər kənd tam orta məktəbin Tarix müəllimi Mehdiyeva Sübhanəyə söz verildi. O,qeyd etdi ki, qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.
Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb.
Tədbirin sonunda oxucular Müstəqillik günü haqqında şeirlər səsləndiriblər.