28.05.2022
27.05.2022-ci il tarixdə Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbdə 28 May – Respublika günü münasibətilə Gəncə şəhər Diyarşünaslıq evi və Gəncə Dövlət Rəsm Qalereyasının işçiləri məktəbin 4 –cü sinif şagirdləri ilə görüş keçirmişdir. İlk öncə müstəqilliyimizin tarixi barədə geniş məlumat verilmiş, şagirdlərə dövlət rəmzləri, qəhrəmanlarımızla bağlı bir sıra suallar ünvanlanmışdır. Davam olaraq şagirdlər vətən, bayraq haqqında şeirlər söyləmiş, “Əsgər “ marşı ifa etdilər.
Sonda Diyarşünaslıq evinin direktoru Pərvin Nəzərəliyeva Respublika günü münasibətilə hər kəsi təbrik edərək xoş arzularını bildirdi.