28.05.2022
27.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası 28May Müstəqillik Günü münasibəti ilə “Müstəqil Azərbaycan “adlı ədəbi -bədii gecə keçirdi. Tədbirdə Samux rayon Gənclər və İdman İdarəsi, Gənclər Kariyera İnkişaf Mərkəzinin direktoru və Samux GKİM gəncləri ,Samux şəhər M.Ə.Sabir adına 1saylı məktəb liseyin 4b sinif şagirdləri və kitabxananın fəal oxucuları iştirak etdi. Tədbir torpaqlarmızın bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini anmaqla ,dövlət himnimizin səsləndirilməsi ilə başlandı. Tədbirin aparıcısı Metodika və biblioqrafiya Şöbəsinin metodisti Məhin Məmmədova ilk öncə 28 May Müstəqillik Gününün tarixi haqqında danışdı.Sonra söz Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Telli Nəsibovaya verildi .Telli Nəsibova çıxışında İstiqlal Bəyannaməsi haqqında məlumat verdi. Samux GKİM -in direktoru Kamil Məmişov çıxışında Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini vurğuladı.İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etdiyini söylədi. Samux GKİM -in gənc könüllüsü Babayev Alim Respublika günü haqqında qanundan danışdı. Uşaq şöbəsinin fəal oxucuları olan M.Ə.Sabir adına 1saylı məktəb liseyin 4b sinif şagirdləri “Müstəqil Azərbaycan “adlı kompozisiya ilə çıxış etdilər.