28.05.2022
27.05.2022-ci il tarixində Xocalı rayon Mədəniyyət Evində Xocalı rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Müstəqillik Gününün 104-cü ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbənin müdiri Lamiyə Qarayeva, Yeni Azərbaycan Partiyası Xocalı rayon komitəsinin sədri Vahid Əliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, rayon mədə-niyyət müəssisələrinin işçiləri və rayon ictimaiyyəti iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi, humanitar məsələlər üzrə şöbənin müdiri Lamiyə Qarayeva çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cüm-huriyyəti az, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq öz üzərinə götürdüyü öhdəlikləri şərəflə yerinə yetirmişdir. Həmin tarixdən etibarən ilk dəfə olaraq Azərbay-canın ilk hökuməti və parlamenti təsis olundu, Azərbaycan dövlətinin bayrağı, himni, gerbi yarandı, ordu quruculuğu təmin edildi, təhsil millilələşdirildi, ilk universitet yarandı və sairə böyük xidmətlər göstərildi. Azərbaycanda Sovet hökuməti süqut etdikdən sonra bu irsə sahib çıxan Ulu öndər Heydər Əliyev Azərbaycanda yeni inkişaf strategiyasını başlatdı. Danılmaz faktdır ki, bu gün cənab Prezident İlham Əliyev də bu irsə sahib çıxır. Cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq 2018-ci il ölkəmizdə “Cüm-huriyyət ili” elan olunmuş, həmin il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. Artıq bir neçə ildir ki, ölkəmizdə bu tarix “Respublika Günü” kimi deyil, “Müstəqillik Günü” kimi qeyd olunur.
Xocalı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəlliməsi Xalidə Əmiraslanova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Tiflis, Gəncə və Bakı şəhər-lərində fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. O bildirdi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə müsəlman şərqində ilk demokratik dövlət yaranmış, bununla itirilmiş dövlətçilik ənənələrimiz bərpa edilmişdir. Bu dövlətin yaranması ilə Azərbaycanda insan, vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi mümkün oldu və Azərbaycan Xalq Cümhuriyyəti bu gün dünyada haqq-ədalət şüarları ilə çıxış edən bir sıra tanınmış ölkələri geridə qoydu. Azərbaycan Xalq Cümhuriyyəti xarici siya-sətdə də bir sıra uğurlara imza ataraq tarixin şanlı səhifəsinə imzasını atmışdır. O dövrdə həm müsəlman dövlətləri ilə, xüsusilə Osmanlı dövləti və qərb dövlətləri ilə diplomatik əlaqələr qurulmuş, bir sıra mühüm sahələrdə əməkdaşlıq edilmişdir.
Yeni Azərbaycan Partiyası Xocalı rayon komitəsinin sədri Vahid Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay kimi dövlətçilik tarixi üçün qısa sayılan bir dövrdə xalqımıza çox böyük xidmətlər etmiş, böyük irs qoyub getmişdir. Ən böyük xidməti isə müstəqillik ləzzətini bu xalq dadızdırmaq olmuşdur. Məhz bu səbəb-dən bunun ləzzətini görən Azərbaycan xalqı 70 illik Sovet əsarətinə dözməyib, azadlığı üçün həmin 3 rəngli bayrağını əlinə alıb ölüm-dirim mübarizəsinə qalxmışdır. Bu gün də çox şükürlər olsun ki, xalqımız öz dövlətinə, müstəqilliyinə, dövlət başçısına arxa dura-raq öz dəyərlərinə sahib çıxır. Məhz bunun nəticəsində işğal altında qalan Qarabağ və ətrafı olan əzəli torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində Ali baş koman-danımız İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun rəşadəti sayəsində azad edildi.
Sonda tədbir iştirakçılarına “Müstəqillik salnaməmiz” adlı qısametrajlı film nümayiş etdirildi.