Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əhməd Cavadın yaradıcılıq yolu” başlıqlı söhbət keçirilib

28.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Səyyar şöbəsi 27.05.2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Gəncə şəhər 15 nömrəli tam orta məktəbdə Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar "Əhməd Cavadın yaradıcılıq yolu" başlıqlı söhbət keçirdi. Səyyar şöbənin böyük kitabxanaçısı Sevinc Ağazadə tədbiri açıq elan edərək, ictimai xadim, istiqlal şairi, dahi mütəfəkkir Əhməd Cavad haqqında tədbir iştirakçılarına məlumat verdi. Əhməd Cavad 1892-ci il may ayının 5-də Şəmkir rayonununda rühani ailəsində anadan olmuşdur. Bildirildi ki, kimliyimizi bütün dünya ölkələrinə tanıdan, çatdıran, ruhumuzun qidası olan himnimiz səslənən zaman ilk ağıla gələn şəxsiyyətin adıdır Əhməd Cavad. Xüsusilə vurğulandı ki, dahi istiqlal şairimiz Əhməd Cavad çox əzablı, keşməkeşli, çətin zamanlardan keçmişdir.1930-cu illəri əhatə edən, ağır represiyalara məruz qaldığı dövrlərdə belə vətəni, xalqı, milləti üçün olan misilsiz xidmətləri danılmaz fakt olaraq qalır və qalacaq. İctiamai xadim Əhməd Cavadı vətən, xalq, millət fədaisi adlandırsaq yanılmarıq. Əhməd Cavadın 
1937-ci il oktyabr ayının 13-də Bakı şəhərində vəfat etdiyi çox təəssüf hissi ilə bildirildi. Sonda tərcüməçi kimi də tanınan Əhməd Cavadın seçilmiş əsərlərindən ibarət kitablar tədbir iştirakçılarına təqdim olundu və bir neçə şeiri dərin duyğu və hisslərlə ifadə olunaraq səsləndi.

 

61.3 KB