Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müstəqillik günün mübarək-Azərbaycan!” başlıqlı ədəbi-bədii kompozisiya keçirilib

28.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 26.05.2022-ci il tarixdə  28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə "Müstəqillik günün mübarək-Azərbaycan!" başlıqlı ədəbi-bədii kompozisiya keçirdi.  Ədəbi-bədii kompozisiyanı kitabxana filialının müdiri Rahilə Qasımova açaraq tədbir iştirakçılarını salamladı və hər kəsi 28 May Müstəqillik günü münasibətilə  təbrik etdi.  Tədbir Dövlət himnimizlə başladı. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 
 Tədbirdə GDU-nin Ümumi  tarix kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, Daşkəsən rayon Gurbulaq kəndinin tarix müəllimi Arifə Abbasova, YB üzvü Gəncə YB-nin baş məsləhətçisi şairə, dramaturq Aləmzər Əlizadə, Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbin Gənclərin Çağrışa Qədərki Hərbi Hazırlıq rəhbəri Nəriman  Sadıqov çıxış etdilər. Tədbirdə söylənildi ki, xalqımızın  azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl  həriflərlə həkk olunmuş 1918-ci il mayın  28-i  hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.  Həmin gün Şərqin ilk demokratik müstəqil dövlətinin təməli qoyuldu. Azərbaycan Milli Şurasının  iclasında İstiqlal Bəyənnaməsi qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik  dəyərləri  ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini  üzvü şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. AXC  23 ay fəaliyyət göstərsədə qısa müddətdə 200-dən çox qanun qəbul etmişdir. Çıxış edənlər onu da qeyd etdilər ki, AXC-i üç ay  Gəncədə fəaliyyət göstərmiş və bəzi qanunlar burada qəbul edilmişdir.  Tədbirdə şəhərimizdə fəaliyyət göstərən "İstiqlal" müzeyindən də söhbət açıldı. Qeyd edildi ki, biz AXC-nin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübələrindən bəhrələnməliyik. İkinci dəfə müstəqillik əldə etdiyimiz çətin zamanda Ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qoruyub saxlamaq üçün gördüyü böyük işlərdən danışıldı. II Qarabağ Vətən müharibəsində tarixi qələbəmiz isə onu göstərdi ki, xalqımız hər zaman öz müstəqilliyini və suverenliyini qorumaq əzmindədir. Ədəbi-bədii kompozisiyada  Gəncə şəhər 4 saylı musiqi məktəbinin  xanəndə sinifinin şagirdləri Murad Nazim və İlkin Bağırov "Zəfər", "Azərbaycan"   mahnılarını ifa etdilər.  19, 29 saylı tam orta məktəbin şagirdləri Aysel Əlizadə, Aysun Dadaşova Xalq şairi N.Həsənzadənin "Azərbaycan",  "Ankarada Məmməd Əmin Rəsulzadənin  məzarı",  24 saylı tam orta məktəbin şagirdləri Nuray Quliyev Xalq şairi N.Xəzrinin "İstiqlal marşı",  Sabir İsmayılov isə "Qalib Azərbaycan"  şeirlərini söylədilər.
Tədbirdə  AXC-nin liderlərinə və müstəqilliyimizə  həsr edilmiş  videoçarx nümayiş etdirildi.

 

40.2 KB

 

20.9 KB