Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa sabaha ümidlə”

08.05.2018

08.05.18-ci ildə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialıalı “Şuşa sabaha ümidlə”başlığı altında (söhbət) tədbir keçrdi. Tədbiri giriş sözü ilə 19 saylı kitabxana filialının böyük kitabxanaçısı Amalya xanım Nağıyeva açaraq bildirdi ki, Azərbaycanın dilbər guçəsi, musiqi, mədəniyyət ocağı olan Şuşa şəhəri dünyanın bəzi aparıcı dövlətlərin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza bütün insanlığa qarşı terror siyasəti həyata keçirən məkrli ermənilər tərəfindən zəbt olunub. İşğal zamanı 200-ə yaxın insan qətlə yetirilmiş 600 nəfər yaralanmış, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış,20 mindən artıq əhali isə məcburi köçkün vəziyyətinə düşmüşdür. İşqal nəticəsində Şuşadakı bir sira tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Sonda Amalya xanım böyük ümidlə bildirdi ki, 26 il Şuşasız qalsaq da yəqin ki, bu illərin üstünə illər əlavə olunmayacaq.