Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qarabağın incisi-Şuşa”adlı musiqili ədəbi-bədii gecə təşkil edilib

28.05.2022

25may 2022 ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2022 ci ilin "Şuşa ili"elan edilməsi ilə əlaqədar Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxananın Uşaq şöbəsi Heydər Əliyev parkında "Qarabağın incisi-Şuşa"adlı musiqili ədəbi-bədii gecə təşkil etdi.Tədbir ilk öncə Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin  ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri açan Mərkəzi Kitabxanın  direktoru Gülnarə Nəsibova qonaqları salamlayaraq tədbiri açıq elan etdi.Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmovanın tərtib etdiyi ssenari əsasında məktəblilər Şuşa şəhərinin zəngin və şanlı tarixi bu günü ilə bağlı 44 günlük Zəfər yürüşü, şəhidlərimiz,qazilərimizlə bağlı çıxışlar etdilər.Tədbirdə iştirak edən 2saylı tam orta məktəbin   şagirdlərinin ifasında"Şuşa karifeylərini tanıyaq,"Şuşa fatehləri"adlı səhnəciklər, hərbi -vətənpərvərlik ruhunda yazılmış şerlər,mahnılar,"Xarı bülbül","Şuşanın dağları","Qarabağ Azərbaycandır"adlı rəqs kompozisiyası tədbir iştirakçılarına təqdim olundu.Tədbir Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olduğu gün xalqa müraciət etdiyi çıxışı əsasında hazırlanmış vidio çarxla başa çatdı.Tədbirdə  şəhid ailələri və qazilər iştirak edirdi

 

189.1 KB