Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 may ”Respublika günü” munasibətilə tədbir keçirilmişdir

28.05.2022

27may 2022-ci il tarixində Naftalan şəhər uşaq musiqi məktəbində 28may "Respublika günü" munasibətilə tədbir keçirildi. İlk öncə məktəbin direktoru Almaz Əliyeva tədbirdə iştirak edən valideynləri və məktəbin kollektivini bayram münasibətilə təbrik etdi, sonra məktəbin fəal şagirdlərini fəxri fərmanla təltif etdi. Tədbir Şərqdə ilk Demokratik dövlətin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin "Sən bizimsən,bizimsən durduqca bədəndə Can,Yaşa, yaşa,çox yaşa Ey şanlı Azərbaycan !"sözləri ilə başlandı.Sonra məktəbin fortepiano müəllimi Ceyhunə Tanrıverdiyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun mövcud olduğu qısa müddətdə dövlət quruculuğunun butun sahələrində çox mühüm tədbirlərin:Azərbaycanın üç rəngli,ay-ulduzlu dövlət bayrağının qəbul edilməsi,Azərbaycan-türk dilinin dövlət dili elan olunması,məktəblərin milliləşdirilməsi,Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması,ilk milli muzey-"İstiqlal"muzeyinin təşkil olunması,Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbul edilməsi kimi işlərin həyata keçirilməsi və Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi barədə məlumat verdi.Daha sonra  məktəbin qarmon müəllimi Səyyarə İsmayılovanın təşkilatçılığı ilə hazırlanmış konsert proqramı tədbir iştirakçılarına təqdim olundu.Şagirdlərin fərdi ifası ilə,oğlanlardan ibarət vokal qrupunun,Astanada keçirilən l Beynəlxalq Klassik Musiqi müsabiqəsinin  laureatları-"Cəngi" qarmonçalanlar ansamblının təqdim etdiyi Azərbaycan xalq mahnı və rəqsləri("Yaqutu","İnnabı","Qazağı","Muleyli","Həcəri","Cəngi","Köcəri yallısı""Məhərrəmkənd","Ağacda alma","Əlimi bıçaq kəsibdi"),ritmik muğam,təsnif və dəramədlər ("Heyratı","Rast təsnifi","Rast dəramədi"),Azərbaycan bəstəkarlarının ansambl ücun işlənmiş əsərləri( Üzeyir Hacıbəyli "Döyüşçülər marşı",Telman Hacıyev "Lalələr",Fikrət Əmirov"Gülür ellər",Ramiz Mirişli "Bayram axşamlarında",Səid Rüstəmov "Sərhədçilər marşı"),Gəncə Qarnizonu Zabitlər evinin təşkilatçılığı ilə hərbi qulluqçular və mülki gənclər arasında keçirilmiş Respublika Musiqi müsabiqəsində uğur qazanmış l yerin qalibi,kapitan Vaqif Bayramov adına "Vətənpərvərlər"qrupunun çıxışı,Üzeyir Hacıbəylinin "O olmasın,bu olsun" musiqili komediyasından "Toy"səhnəsi tədbir iştirakçılarında xoş əhvali-ruhiyyə yaratdı.

 

100.6 KB

 

94 KB