Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi

08.05.2018

MKS - nin 7 saylı kitabxana filialı görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyl münasıbətilə yazıçının “ Dirilən adam ”,“ Ləyaqət”, “ Bir gəncin manifesti ”, “ Yaşıdlar ”, “ Daglar dilə gəldi ”. əsərlərinin xülasəsi keçirildi. Kitabxanaçı Vüsalə Mustafayeva əvvəlcə ədibin həyat və yaradıcılığı haqqında məlumat verdi və qeyd etdi ki, ədəbiyyat tariximizdə hekayə, povest və romanları ilə layiqli yer tutanlardan biri də M.C.Paşayevdir. Sonra kitabxanaçı tədbir iştirakçıları ilə onun 5 kitabınin xülasəsini bölüşdü: “ Dirilən adam ”romanı XX əsrin əvvəlində, inqilabdan əvvəlki Azərbaycan kəndində baş verən xalq azadlıq hərəkatından, əsərin qəhrəmanı Qədirin və ailəsinin başına gətirilən müsibətdən bəhs edir. “ Ləyaqət ” kitabında incə və duzlu yumorla qələmə alınmış hekayələrdə müəllif öz oxucularına ülvi duygular, ləyaqət hissi aşılayır.

“ Dağlar dilə gəldi ” povesti Sovet hakimiyyətinin ilk illərində ucqar dağ kəndinin birinə işləməyə gedən gənc müəllim qızın həyat və fəaliyyətindən bəhs edir. “ Bir gəncin manifesti ” romanı Azərbaycanda baş verən vətəndaş müharibəsinə həsr olunmuşdur. Romanda azadlıq və istiqlal uğrunda həyatını qurban verməyə hazır olan insanların böyük vətənpərvərliyi, qəhrəmanlığı təcəssüm olunmuşdur. “ Yaşıdlar ”kitabında ədibin

“ Yaşıdlar ” romanı və müxtəlif illərdə yazdığı hekayələr toplanmışdır. Gərgin yaradıcı əməyin məhsulu olan bu roman müəllifin Böyük Vətən Müharibəsi ilə bağlı xatirələrinin bədii ifadəsidir. Romanda arxa cəbhədə mətin sovet adamlarının göstərdikləri rəşadət sənətkarliqla qələmə alınmışdır.

Tədbirin sonunda kitabxanaçı vurğuladı ki, M.C.Paşayev zəngin irs qoyub getdi. Bizim vəzifəmiz bu irsi mütaliə və təbliğ etməkdir.