Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Müstəqilliyimiz əbədidir” adlı onlan video konfrans keçirilmişdir

25.05.2022

25.05.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 28 May Respublika Günü ilə bağlı " Müstəqilliyimiz əbədidir" adlı onlan video konfrans keçirildi.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Baş məsləhətçisi Əliyev Süleyman, Mədəniyyət Mərkəzinin kollektivi və kənd filialları iştirak etdilər.
Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Məmişov Arif açdı. O, bildirdi ki, 1918-ci ildə müaəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbqycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur. Mədəniyyət Məekəzinin Baş Məsləhətçisi Əliyev Süleyman çıxış edərək qeyd etdi ki, Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlar seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: " Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır". Sonra çıxış üçün söz Lək kənd Sənətkarlıq evinin müdiri Nəbiyev Cahangirə verildi. Bildiyimiz kimi Ümummilli Liderin bu siyasətini prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının sərəncamları ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu. Xalqımız Cümhuriyyətin yarandığı 28 May - Müstəqillik Gününü hər il olduğu kimi bu il də milli bayram kimi qeyd edir.

 

54 KB