Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şərəf və qürur tariximiz” başlığı altında ədəbi-bədii gecə keçirilib

25.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 25.05.2022-ci il tarixində 4 saylı məktəblə birlikdə  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104 illiyi ilə əlaqədar c Tədbiri giriş sözü ilə 1 saylı kitabxana filialının müdiri Züleyxa Məlikova açdı. İlk öncə Azərbaycanın dövlət  himni iştirakçılar tərəfindən səsləndirildi. Məlikova  Züleyxa bildirdi ki,hər il olduğu kimi bu ildə bu əlamətdar günü kitabxanamızda qeyd edirik.1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə Azərbaycan Cumhuriyyətinin yaranması elan olundu. Bu hadisənin təkcə Azərbaycan deyil,həm də bütün islam dünyası  üçün  tarixi əhəmiyyətini lazımınca dəyərləndirməkdən ötrü bircə faktı xatırlamaq  kifayətdir ki, o zaman dünyada cəmi yeddi müstəqil müsəlman dövləti vardır. Bununlada Azərbaycan dünya tarixinə bütün müsəlman aləmində ilk respublika kimi daxil oldu. Cumhuriyyətin yaradılmasında təkrarsız şəxsiyyətlərin rolu olub. Lakin aparıcı rolu Məhəmməd Əmin Rəsulzadə oynayıb. 4 saylı məktəbin tarix müəllimi Səbuhə Məmmədova  çıxışında bildirdi ki,Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ayliq fəaliyyəti dövründə  xalqın milli mənlik şüurunu özünə qaytarmış,onun öz müqəddaratını  təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir. 21 saylı kitabxananın  böyük kitabxanaçısı Şabanova Sahilə qeyd etdi ki,Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan  Xalq Cümhuriyyətinin  ideallarını  davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.Bu tarixi dönəmlər  birbaşa  əbədiyaşar Prezidentimiz  Heydər Əliyevin təşəbbüsü ilə həyata keçmişdir.Tədbirdə 4 saylı məktəbin şagirdləri  vətən haqqında, bayrağımız haqqında, Qarabağ haqqında şeirlər, kompozisiyalar söylədilər, rəqslər etdilər, mahnılar oxudular.Tədbir iştirakçılarda xoş təəssürat yaratdı.

 

76.7 KB

 

86.1 KB