25.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Telman Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində "Klassik musiqi sevənlər" üçün fortepiano ixtisası üzrə müəllim Məmmədova Afaq Xanlar qızının sinif konserti keçirilmişdir .
Konsertdə 4-cü sinif şagirdləri Kazımlı İnci Y.Polunun "Konsertino" (a moll), Mehdizadə Səma 5-ci sinif şagirdi N.Silvanski "Konsert" 1-ci hissə (G-dur) ifa etmişlər.