24.05.2022
24 may 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə 28 may Respublika günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir" mövzusunda tədbir keçirildi. Tədbirdə Mədəniyyət Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Tarix-diyarşünaslıq muzeyi və Şəhər 1 saylı sənətkarlıq klubunun əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Şəhər Kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq 28 may müstəqillik günü haqqında ümumi məlumat verdi. Şəhər Kitabxana filialının böyük kitabxanaçısı Narıngül Quliyeva, Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova mövzu ətrafında çıxış etdilər. Tədbirin sonunda müstəqillik gününə həsr olunmuş videoçarx izlənildi.