Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mənim nağıllı dünyam” başlığı altında növbəti nağıl saatı keçirilib

24.05.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 24.05.2022-ci il tarixdə 22 saylı Körpələr-Evi Uşaq Bağçasında "Mənim nağıllı dünyam" başlığı altında növbəti nağıl saatı keçirdi. Kitabxanaçı Mələknaz Həsənpur körpələri salamlayaraq onlarla nağıllar haqqında söhbət apardı. Hansı nağılları bilirsiz?, Ən çox sevdiyiniz nağıllar hansılardır?, Müəllimləriniz və analarınız sizə ən çox hansı nağılları oxuyur? bu kimi suallar balacalara verildi. Hər biri öz növbəsində bildikləri nağıllardan qısaca məlumat verdilər. Söhbətin ardından kitabxanaçı balacalar üçün Rus xalq nağılı "Qoğal", "Turp", Ukranya xalq nağılı "Əlcək" nağıllarını ifadəli şəkildə oxudu. Yaşlarına uyğun seçilmiş rəngarəng şəkilli nağıllar uşaqların marağına səbəb oldu.

 

33.1 KB