24.05.2022
24 may 2022 –ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Ruhumuzun ünvanı ŞUŞA” adlı musiqili,ədəbi-bədii gecə təşkil etdi.
Tədbirdə ilk öncə Azərbaycan torpaqları uğrunda canlarından keçən şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri açan Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova qonaqları salamlayaraq “Şuşa İli” çərçivəsində MKS-nin keçirdiyi tədbirlərdən danışdı.
Tədbirin aparıcısı oxu zalının müdiri Aidə Abdullayeva tərtib olunmuş ssenari əsasında Şuşanın, ədəbi mühiti, Azərbaycan xalqının yaradıcılıq dühasının möcuzəsi olan Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişi və bu günü ilə bağlı çıxış etdi.
Gecədə ilk olaraq çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbir iştirakçılarını salamlayaraq belə tədbirlərin mütəmadi və geniş şəkildə keçirilməsinin vacibliyini vurğulayaraq, MKS-nin kollektivinə və t ədbirin bütün təşkilatçılarına öz minnətdarlığını bildirdi.
Alim-şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü; "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi", GDU-nun Pedaqoji fakultənin dekanı Bayram Apoyev may ayının 7 də Şuşaya etmiş olduğu səfərin təəssüratlarını və Şuşanı gördükdən sonra yazmış olduğu şeirini iştirakçılarla paylaşdı.
Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül Hüseynova, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin baş məsləhətçisi, şairə Aləmzər Əlizadə, YAP Gəncə şəhər təşkilatının baş məsləhətçisi Hüseyn Budaqov, Respublikanın Əməkdar Mədəniyyət işçisi Bəxtiyar Muradov, şair Vüsal Hicran, AYB-nin üzvü Eltun Türkel, şəhid Hacı Raufun anası Brillyant xanım tədbirdə iştirak edərək Şuşa haqqında, 44 günlük Zəfər yürüşü, şəhidlərimiz, qazilərimizlə bağlı çıxışlar etdilər.
Tədbirdə iştirak edən Gəncə şəhər M.C.Paşayev adına 39 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Şuşa fatehləri” adlı səhnəcik və şeirlər, 30 saylı tam orta məktəbin şagirdləri Damla və Nihat Məmmədli “Şəhidlər” və vətənpərvərlik mövzusunda şeirlərlə çııxış etdilər. Gəncə şəhər Mərkəzi Kitabxananın nəzdində yerləşən “Amerika Mərkəzi” tələbələrinin ifasında Səməd Vurğunun “Vaqif” poemasından bir parça, həmçinin MKS-nin kitabxanaçı xanımlarının iştirakı ilə Xurşidbanu Natəvanın “Məclisi-üns” səhnəsini yaradaraq, şairənin qəzəlləri səsləndirildi. Gəncə 31 saylı uşaq baxcasının fidanlarının ifasında “Xarı Bülbül” və “Qarabağ Azərbaycandır” adlı rəqs-kompozisiya, Respublika Müsabiqələr Laureatı Altun Süleymanovun ifasında vətənpərvər mahnılar səsləndi.
Tədbirin sonunda çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Fəridə Qədimova iştirakçılara, gecədə əziyyəti olan hər kəsə öz minnətdarlığını bildirərək belə tədbirlərin silsilə şəkildə davam və təşkil ediləcəyini bildirdi.
Tədbir yerli “Kəpəz” kanalı vasitəsilə işıqlandırıldı.