24.05.2022
24.05.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çobanabdallı kənd kitabxana filialı Həsən bəy Zərdabi adına tam orta məktəbinin 5-ci sinif şagirdlərinin iştirakı ilə Dahi şair Məhəmməd Füzulinin anadan olmasının 528 illiyi münasibəti ilə "Fələklər yandı ahımdan"adlı söhbət, sərgi keçirdi. Çobanabdallı kənd kitabxana filialının müdiri Fatma Əsgərova məktəbli oxuculara Dahi şair Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Orta əsrlər Azərbaycan ədəbiyyatında ana dilində yaranan şeirin ən böyük nümayəndəsi Füzulidir. Dünya ədəbiyyatında qəzəlləri ,poemaları ilə şöhrət qazanan və qəlb şairi kimi tanınan Füzulinin ədəbi irsində başqa janrlarla bərabər qəsidə şəklinə geniş yer tutur.Ölməz şair türkcə,ərəbcə və farsca yazdığı qəsidələrini bir divan şəklində tərtib etmişdir.Azərbaycan lirik şeirinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır.Xaqani, Nəsimi, Nizami,Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin, şairimizin yeri ucalardan ucadır.Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. Füzulinin adı da İlahi haləyə bürünən və İslamda müqəddəs sayılan imzadan götürülmüşdür. Məhəmməd ,hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir Kərbala. Qəbridə İmam Hüseyn türbəsində.Sonra oxucular Füzulinin əsərlərindən ibarət sərgi ilə tanış oldular .