24.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 24.05.2022-ci il tarixdə Prezident İlham Əliyevin görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının tərtib etdiyi " Fikrət Əmirov " adlı kitabının müzakirəsini keçirtdi.
Tədbirdə 3 saylı musiqi məktəbinin müəllim və şagirdləri,kitabxananın fəal oxucuları iştirak edirdilər.Tədbiri kitabxanaçı Vüsalə Mustafayeva aparırdı. O,tədbirin açılışında təqdim olunan kitab haqqında qısa məlumat verdi və qeyd etdi ki, " Fikrət Əmirov" adlı monoqrafiya 2012 - ci ildə çap olunub.Kitabda sənətkarın həyatı,yaradıcılığı, əsərlərinin təhlili, özünün xatirələri, dünya şöhrətli musiqiçilərin onun haqqında fikirləri geniş şəkildə işıqlandırılır.Sonra söz oxuculara verildi, onlar kitab haqqında daha ətraflı məlumatlar təqdim etdilər.Oxucular vurğuladılar ki, bəstəkarın yaradıcılığında Azərbaycan ,vətənpərvərlik, xeyir və şərin mübarizəsi,məhəbbətin təntənəsi, qadın azadlığı, xalqın qəhrəman övladları, xalqımızın xoşbəxt gələcəyi tərənnüm olunur.Tədbirin sonunda kitabxanaçı qeyd etdi ki, tədbiri keçirməkdə məqsəd görkəmli bəstəkarın rəngarəng yaradıcılığının təbliğ olunmasıdır.