Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

X Kitab bayramı

07.05.2018

Bu gün Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sistemi 19 saylı kitabxana filialı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş, ənənəvi X Kitab bayramı keçirildi. Tədbirdə müxtəlif mövzularda - Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı , Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə, Gəncə klassik və müasir ədəbi mühitinə , Milli qəhrəmanlarımıza, musiqimizə , vətənpərvərliyə, Uşaqlara həsr olunmuş kitab sərgilərində min nüsxədən artıq ədəbiyyat nümayiş etdirildi. Kitab bayramında Gəncə Mədəniyyət İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov, Azərbaycan Yazarlar Birliyi Gəncəbasar bölməsinin sədri. şairə Xəzangül Hüseynova, Gəncə Dövlət Kukla Teatrının bir qrup aktyorları, Uşaq İncəsənət Məktəbinin rəqs qrupu,4 nömrəli musiqi məktəbinin muğam üçlüyü, Mərkəzi Mədəniyyət evi, Uşaq Yaradıcılıq Mərkəzinin kollektivi,4, 5, 8, 15,22,25, 27, 43 saylı orta məktəbinin müəllim və şagirdləri çıxış etdilər.Tədbirə Ümummilli Liderə, Vətənə həsr olunmuş milli musiqi nömrələri, rəqslər, şerlər xüsusi rövnəq verdi.Tədbirə şəhərin əhalisi maraqla qatıldı, və ürəkdən tamaşa etdilər. Səhər saat 10 –dan başlayan tədbir saat 17-dək davam edti.