24.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı 23.05.2022-ci il tarixdə Azərbaycan şairi Əhməd Cavadın 130-illik yubileyi ilə əlaqədar "İstiqlal şairi Əhməd Cavad" başlıqlı tədbir keçirdi. Böyük kitabxanaçı Risalə Həsənova şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Əhməd Cavad müdrik insan, qayğıkeş müəllim, bənzərsiz publisist, əvəzolunmaz tərcüməçi və alovlu istiqlal şairi olmuşdur. Əhməd Cavadın ömür kitabının hər səhifəsi vətənə, xalqa dərin sevgi ilə dolu olmuşdur. Bu ömür yolunu vərəqlədikcə şairin getdiyi keşməkeşli, acı və fərəhli, ən əsası isə şərəfli tale yolunun şahidi oluruq. Hər zaman haqqı deyən şair daim ictimai-siyasi hadisələrin qaynar nöqtəsində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır represiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir.
Tədbirdə kitabxananın fəal oxucuları və ətraf sakinlər iştirak etdilər.
Sonda oxucular tərəfindən Əhməd Cavadın Vətənə, Azərbaycana, Bayrağa aid şeirlər səsləndi.