Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bəstəkar Fikrət Əmirovun 100-cü ildönümü münasibətilə tədbir keçirilib

24.05.2022

23.05.2022-ci il tarixində Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində Xocalı rayon Mədəniyyət Evinin və Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşki-latçılığı ilə böyük bəstəkar Fikrət Əmirovun 100-cü ildönümü münasibətilə tədbir keçiril-di. Tədbirdə Xocalı rayon Mədəniyyət Evinin, Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Mək-təbinin və Xocalı şəhər 5 nömrəli klubun kollektivi iştirak etdilər.

            İlk öncə mərhum bəstəkar Fikrət Əmirovun əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.

            Xocalı rayon Mədəniyyət Evinin direktoru Hafiz Abbasov çıxış edərək bəstəkarın həyat və yaradıcılığından danışdı. O bildirdi ki, Fikrət Əmirov bəstəkar və tarzən Məş-hədi Cəmil Əmirovun ailəsində dünyaya göz açmış, musiqiçi ailəsində böyüyüb boya-başa çatmışdır. Bəstəkarın yaradıcılıq fəaliyyətinə başlamasında dahi Üzeyir Hacıbəyli-nin və dahi Bülbülün böyük rolu vardır. Həmçinin bildirdi ki, onun yaradıcılıq fəaliyyətinin əsas dövrü 2-ci Dünya Müharibəsi illəridir. Həmin illərdə (1942-1943-cü illər) Fikrət Əmi-rov Gəncə şəhərində fəaliyyətə başlayır, Gəncə Dövlət flarmoniyasının bədii rəhbəri ki-mi çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında bir neçə tamaşaya musiqi yazır. 1943-cü ildə Balkıya qayıdan Fikrət Əmirov konservatoriyadakı təhsilinə davam edir. O, 1947-ci ildə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bə-dii rəhbəri, 1956-59-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının di-rektoru vəzifələrində çalışır. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilir.

            Xocalı şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin Nəzəriyyə şöbəsinin müdiri, sol-fecio müəllimi Zərifə Qəhrəmanova çıxış edərək bildirdi ki, Fikrət Əmirov Azərbaycan musiqisini dünya səviyyəsində təbliğ etmiş nadir sənətkarlardandır. Səhnə musiqisi sa-həsindəki fəaliyyətinə “Ürəkçalanlar” və “Gözün aydın” operettaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı “Nizami” simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K.Abendrot (Al-maniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) dirijorluğu ilə ifa olunub. O, 1948-ci ildə “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqa-rıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında səsləndirilib. Fransanın “Disk” musiqi jurnalında bəstəkarın simfonik muğam yaradıcılığına yüksək qiymət verilmişdir. Orada yazılırdı:“Şur” muğamında musiqi sənətinin bütün böyük əsərlərinə xas əzəmət və həqiqət vardır”. “Sovetskaya muzıka” jurnalında yer alan “Sovet musiqisi Fransa və Belçikada” məqaləsində qeyd olunurdu ki, Fikrət Əmirovun “Şur” simfonik muğamı bu ölkələrdə yüksək qiymət almışdır. “Nyu-York Tayms” qəzeti isə ABŞ-da “Şur” simfonik muğamının yazıldığı qrammofon valının buraxılmasını xəbər verirdi.

            Sonda 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin ifasında Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, “Mən səni araram”, “Saqinin mahnısı”, “Reyhan” mahnıları səslən-dirildi.

 

71.6 KB