Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributu: dövlət himnimiz mövzusunda tədbir keçirilib

24.05.2022

23 may 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə "Azərbaycançılığın və dövlətçiliyimizin əsas atributu: dövlət himnimiz mövzusunda tədbir keçirildi. Tədbirdə Mədəniyyət müəssisənin əməkdaşları və Goranboy rayon 1 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbirdən öncə dövlət himnimiz səsləndirildi. Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva açaraq dövlət himni dövlətçiliyimizin əsas atributu olub, milli birliyimizin- azərbaycançılığımizin müqəddəs rəmzi olduğunu vurğuladı. Mərkəzi Kitabxananın əməkdaşı Gülnar Nəcəfova dövlət himnimizin yaranması haqqında ümumi məlumat verdi.

 

333.6 KB

 

358 KB