24.05.2022
23may 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Sərkar uşaq musiqi məktəbinin nəzəriyyə müəllimi İlahə Bayramovanın sinfində "Şuşa ili"nə həsr olunmuş tədbir keçirildi.İlk önce müəllim gözəl Şuşa haqqında qısa və dolğun məlumatla şagirdləri tanış etdi.Daha sonra şagirdlər Şuşanın yetişdirdiyi dahi şəxsiyyətlərdən: Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov,Soltan Hacıbəyli, Bülbül,Xan Şuşinski, Xurşidbanu Natəvan, Abbas Əşrəfov, Əbdülrəhim bey Haqverdiyev və başqa görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında qısa məlumatlarla çıxış etdilər və bu sənətkarların gözəl musiqiləri dinlənildi.