Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Ərzurum şöbəsinin üzvləri Məhsəti Gəncəvi Mərkəzini ziyarət ediblər

24.05.2022

23.05.2022-ci il tarixində Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin Ərzurum şöbəsinin üzvləri Üzeyir İlbak, Murat Ertaş, Murat Güven, Erdal Barın, Kürşat Ali Kaplan, Nihat Kılıçoğulları, Adem Karaman Gəncə şəhərinə səfərləri zamanı Məhsəti Gəncəvi Mərkəzini ziyarət etdilər.

Ekskursiya zamanı görkəmli şairə Məhsəti Gəncəvinin həyat və yaradıcılığı barədə geniş məlumat verildi. Sonra isə qonaqlar Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialının oxu zalında olmuş, dünya şöhrətli şair Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığını əks etdirən sərgi ilə yaxından tanış oldular. Ərzurum şöbəsinin üzvləri tərəfindən “Dil ve Edebiyyat” dergisi kitabxanaya hədiyyə olundu. Gəncə Dövlət Rəsm Qalereyasının fond müdiri Məhbubə Həsənovanın əl işlərindən və rəsmlərindən ibarət sərgirəyə baxılmışdır. Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətov Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşı Şəbnəm Rzayevanın hazırladığı “Xarı Bülbül” dekorativ əl işini Ərzurum şöbəsinə hədiyyə etmişdir. Ekskursiyanın sonunda qonaqlarla birgə xatirə şəkli çəkilmişdir.

 

67 KB

 

58.9 KB