23.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 23.05.2022-ci il tarixdə Nazim Əkbərovun redaktorluğu ilə çapdan çıxmış "Məktəbdə əxlaq və davranış qaydaları" kitabının təqdimatını keçirdi. Kitabxanaçı Könül Qafarova ilk öncə əxlaq və tərbiyə haqqında qısaca məlumat verdi.Bildirdi ki, insanın davranışı və danışığı onun mədəniyyətinin göstəricisidir. Davranış və nəzakət qaydalarına riayət etmək digər insanlara hörmət etmək deməkdir. Bu, insanların duyğularına qiymət verməyiniz mənasına gəlir. Davranış qaydalarını öyrənib hər dəfə birini tətbiq etməklə, özünü nəzakətliliyə və gözəl əxlaqa alışdıra bilərsiniz. Beləliklə, bir neçə aydan sonra siz nümunəvi insan olduğunuzu ətrafdakı insanlardan eşidəcəksiniz.Sizə təqdim edəcəyim kitab da elə bu səpkidədir.
Kitabxanaçı kitabın nəşri və əhəmiyyəti haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabda təhsil aldığımız, bilik öyrəndiyimiz məktəbimizdə hansı qaydalara riayət etməli, hansı davranışlara yol verməməliyik?, müəllimlərimizlə, sinif yoldaşlarımızla münasibətlərimizdə hansı nəzakət qaydalarına riayət etməliyik və s. mövzuları ilə yaxından tanış ola biləcəksiniz. Bu kitab ədəb və nəzakət qaydalarını bir-birindən gözəl rəsmlərlə məktəblilərə təqdim edilmişdir və böyük oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Sonda kitabxananın əməkdaşı aşağıdakı fikirlərlə tədbiri yekunlaşdırdı.
Unutmayın! Hansı yaşda və harada olursunuzsa olun, bilməmək eyib deyil, öyrənməmək eyibdir. Oxumaq isə heç vaxt gec deyil.