Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar Unudulmur” adlı informasiya günü keçirilib

23.05.2022

23.05.2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Samux Şəhər kitabxana filialı, Samux şəhər Mədəniyyət evi kollektivi və Samux şəhər 3 saylı tam orta məktəbin şagirdləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Aprel şəhidi— Mayor Rasim Məmmədovun anadan olmasının 45-ci il dönümü ilə əlaqədar "Qəhrəmanlar Unudulmur" adlı informasiya günü keçirdi. Tədbirdə başlamazdan öncə Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova tədbir iştirakçılarını salamladı və Vətənin azadlığı uğrunda canından keçən Aprel şəhidi haqqında geniş məlumat verdi. Rasim Əbdül oğlu Məmmədov 1977-ci ilin mayın 20-də Babək rayonunun Cəhri kəndində I Qarabağ müharibəsi əlili Əbdül və Nazilə Məmmədovların ailəsində anadan olub. Rasim Məmmədov 1983-cü ildə Cehri kənd orta məktəbinin birinci sinfinə gedib və 1994-cü ildə həmin məktəbi bitirib. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi tank qoşunları komandiri ixtisası üzrə bitirib.Leytenant Rasim Məmmədov Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətini “N” saylı hərbi hissədə davam etdirib. Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Rasim Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" və "Qüsursuz xidmətə görə" II dərəcəli medalı ilə təltif edillib. Şəhidimiz aprelin 5-də doğulduğu Babək rayonunun Cəhri kəndində dəfn olunub.

 

 

86.7 KB