Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ Şuşa ili – Zəfərimizin dəlili” adlı tədbir keçirilmişdir .

23.05.2022

21 may 2022-ci il tarixində ilə  Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbində Şuşa İli çərçivəsində “ Şuşa ili – Zəfərimizin dəlili” adlı tədbir keçirilmişdir .

Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətov ,  Xocalı şəhər İcra Hakimiyyəti başçısının müavini , İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə xanım Qarayeva ,Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər mədəniyyət idarəsinin baş məsləhətçisi Bəşirov Ruslan , 44 günlük vətən uğrunda Şəhadətə ucalmış şəhidlərimizin valideynləri , canlarını vətən yolunda qoyan  qazilərimizin iştirak etmişdir.

İlk öncə Goranboy rayonu Yeni qəsəbə yaşayış massivində yerləşən Xocalı faciəsi abidəsi ziyarət edilərək hörmət əlaməti olaraq gül dəstələri qoyulmuşdur .

Tədbir açıq elan edilməmişdən öncə şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi .

Tədbiri açıq elan edən Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ziya Aşırov  Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi cənab Vasif Cənnətov başda olmaqla,  Xocalı şəhər İcra Hakimiyyəti başçısının müavini , İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə xanım Qarayeva ,Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər mədəniyyət idarəsinin baş məsləhətçisi Bəşirov Ruslan , bizim başımızı daima uca edən şəhid valideynləri və qazilərə öz dərin təşəkkürünü bildirdi .

Tədbirdə Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi məktəbinin xor kollektivinin iştirakı ilə bəstəkar Səid Rüstəmovun “Gözəl Şuşam” mahnısı ;  Xalq çalğı alətləri ansamblının ifasında -bəstəkar Bəhram Nəsibovun “Qarabağ ” , Azərbaycan xalq mahnısı “ Şuşanın dağları ” , məktəbin qarmon şagirdlərinin ifasında - Azərbaycan xalq rəqsi “Şəki yallısı” , “Xarı Bülbül” rəqsi ,“Fleşmob” və bir çox musiqi nömrələri alqışlarla təqdim olundu .

Tədbirin sonunda isə dəyərli Gəncə şəhərindən gəlmiş qonaqlarımız , başda Gəncə Regional Mədəniyyət İdarəsi rəisi cənab Vasif Cənnətov olmaqla Xocalı şəhər İcra Hakimiyyəti başçısının müavini , İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiə xanım Qarayeva ,Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı şəhər mədəniyyət idarəsinin baş məsləhətçisi Bəşirov Ruslan , hörmətli şəhid valideynləri, qazilərimiz , məktəbin müəllim kollektivi və şagirdlərin iştirakı ilə xatirə şəkli çəkdirildi .

 

 

 

 

 

67.2 KB

 

99.7 KB