23.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər günü ilə əlaqədar “Mədəniyyət paytaxtımız Şuşa” adlı tədbir keçirildi . Tədbirdə Naftalan şəhər Əlillərin bərpa mərkəzində müalicə alan, qazilər fiziki qüsurlu şəxslər və Mərkəzin əməkdaşları iştirak etdi. İlk öncə qonaqlara Mərkəzin əməkdaşı Ramilə Həsənova tərəfindən Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğurunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat verdi. Mərkəzin direktoru Faiqə Ağayeva çıxış edərək bu əlamətdar günün yaranma tarixindən danışdı və muzey işinin necə şərəfli bir peşə olduğunu, bu günün cəmiyyətin həyatında əhəmiyyətini vurğuladı Sonda qonaqlar “Şuşa” adlı sənədli filmə nümayiş etdil