23.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 23.05.2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əməkdaşlarının Peşə Bayramı Günü münasibətilə “Təbiəti sevək, qoruyaq” adlı dəyirmi masa keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək Uşaq ensiklopediyası-Ekologiya kitabının təqdimatını etdi. Bildirdi ki, Ekologiya adlı kitab bizi əhatə edən dünyada ekoloji qanunların təsirinə həsr edilmişdir. Ekologiya, ekoloji yanaşma hər bir sahəyə aiddir. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin həyat bilgisi müəlliməsi Ruhiyyə Abbasova çıxışında ətrafımızda gördüyümüz bütün canlı və cansız aləm təbiətin tərkib hissəsi olduğu kimi, insanın da bu aləmin bir nümayəndəsidi olduğundan söz açdı. Məktəbin psixoloqu Qətibə Mustafayeva "İlk olaraq insanlarda kiçik yaşda ekoloji şüuru, mədəniyyəti inkişaf etdirmək lazımdır”, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “Son illər qoruq və milli parkların yaradılması”, Uşaq Təşkilatının rəhbəri Qənifə Nağıyeva “Təbiəti qorumaqla özümüzü qorumuş oluruq”, Kitabxanaçı Ruziyə Abbasova “Təbiətdə hər bir bioloji varlıq təkrarolunmazdır “, Jalə İsmayılova "Ekoloji çirklənmə bizim evimizin çirklənməsi, həmçinin sağlamlığımızın təhlükə altında olması deməkdir” adlı çıxışlar etdilər.Tədbirdə İşrirakşılardan VIc sinif şagirdlərindən Ayan Həsənova, Bağdagül İsmayılova, Tuncay Əliyev, Elcan Musayev, Çinarə Alıyeva, Minarə İsayeva təbiət haqqında təqdimatlar, şeirlər söylədilər. Tədbirin sonunda ekoloji mədəniyyətin formalaşması istiqamətində yeni tədbirlərin təşkil edilməsi söylənildi