22.05.2022
21.05.22-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsinə və Miniatür Kitab Muzeyinə Gəncə şəhər M.Şəhriyar adına 40 nömrəli və Göygöl rayon Ərşad Məmmədov adına Üçtəpə kənd tam orta məktəbin III sinif şagirdləri ekskursiya etdilər. Uşaq kitabxanasının şöbə müdiri Ellada Rəhimova uşaqları kitabxananın kitab fondu ilə tanış etdi. Kitabxanadan istifadə qaydaları haqqında ətraflı məlumat verdi. Uşaqlarla “Kitab varsa sən tək deyilsən”, “Vətən-ana deməkdir” mövzusunda söhbət apardı. Məktəblilərə kitabxanada təşkil olunmuş “Heydər Əliyev və Azərbaycan”, “Ana dilimizi sevək”, "Mənim doğma şəhərim”, “Füsunkar təbiətli məmləkətim”, “Vətənimin igid oğulları”,”Qarabağ Azərbaycandır”, “Müharibə uşaqların gözü ilə” və s. mövzularda hazırlanmış kitab sərgiləri və fotostend haqqında ətraflı məlumat verdi. Kitabxananin “Nağıl guşəsində” şagirdlərə müxtəlif uşaq jurnalları, ensiklopediyalar, illüstrasiyalı kitablar təqdim olundu. Şagirdlərin kitabxana haqqında verdikləri suallar ətraflı cavablandırıldı. Uşaqlar böyük həvəslə ulu öndər Heydər Əliyevə, Azərbaycana, Qarabağa, vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Sonda kitabxanaya üzv yazılan şagirdlər oradan yüksək əhval-ruhiyyə ilə ayrıldılar.