Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər ölməz Vətən bölünməz” adlı tədbir keçirilib

20.05.2022

20.05.2022 ci il tarixində Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivi  qəsəbədəki 44 günlük vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş "Şəhidlər ölməz Vətən bölünməz" adlı tədbir keçirdi.

Tədbir iştirakçıları Şəhidlərə həsr olunmuş  lövhəni ziyarət etmiş,onların əziz xatirələrini bir dəqiqəlik sükutla yad edərək, şəkilləri önünə tər güllər düzdülər.Məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Mustafayev Azər   və dərs hissə müdiri Məmmədova Samirə öz çıxışlarında  müzəffər Ali baş komandan cənab İlham Əliyevin əmri ilə onların keçdikləri şərəfli döyüş yolu haqqında şagirdlərə geniş məlumat verərək, suallarını cavablandırdılar.Qeyd olundu ki, məktəbin məzunu Sadıqzadə Emil Əziz oğlu da  Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.Məktəbin şagirdləri Mustafayeva Fatimə III sinif B.Vahabzadə "Şəhidlər",Əliyeva Mədinə IV sinif X.Rzanın "Qaytar mənim qüdrətimi",Nəsifli Ayxan I sinif B.Vahabzadənin  "Bayraq"   şerlərini  söylədilər.

 

125.8 KB