Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycanın özü qədər əbədi dahi lideri”

07.05.2018

Goranboy rayon Mərkəzi Kitabxanasının Oxu zalında “Azərbaycanın özü qədər əbədi dahi lideri” adlı dəyirmi masa keçirilmişdir.

Tədbirdə 1 №-li sənətkarlıq klubunun işçiləri, 4 №-li şəhər kitabxana filialının işçiləri və fəal oxucular iştirak etdilər.

Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq bildirdi ki, Ulu öndər Heydər Əliyev müasir tariximizin parlaq səhifələrini yaratmışdır. Bu böyük şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gərgin zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və qətiyyətli iradəsi ilə xalqının, vətəninin, dövlətinin xidmətində dayandı, məhz buna görə də dövlətimizin, xalqımızın, hər birimizin taleyində Heydər Əliyev dünyasının zərrəsi var.

Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları Solmaz Məmmədova, Günel Cəfərzadə, 1 N-li Sənətkarlıq klubunun müdiri Nazilə Kazımova, Şəhər 4 N-li kitabxana filialının multimedia resusrlar üzrə mütəsəssisi Kəmalə İsmayılova çıxış etdilər.

Çıxışlarda bildirildi ki, Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti ilə əsrlər boyu formalaşan Azərbaycanın çox mədəniyyətlilik, ənənəsi bu gün də yaşayır, inkişaf edir. Dahi öndərin milli mədəniyyətimizin inkişafında xidmətləri ölçülməzdir.

Tədbirin sonunda iştirakçılar “Heydər Əliyev-95” adlı sərgi ilə tanış oldular.