20.05.2022
20 may 2022-ci il tarixində Naftalan şəhər Heydər Əliyev Mərkəzinin dəstəyi və uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan 30-cu illərin Repressiya dövrünün qurbanlarından, Azərbaycanın istedadlı ziyalılarından biri olan, şair Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.İlk öncə məktəbin direktoru Almaz Əliyeva çıxış edərək tədbir iştirakçılarını salamladı, məktəbin müəllimlərindən ibarət xor kollektivinin ifasında Azərbaycanın Dövlət Himni səsləndirildi.Sonra məktəbin xalq çalğı alətləri ansamblının müsayiəti ilə şagird Tunar Əliyev şairin sözlərinə bəstələnmiş "Çırpınırdı Qara dəniz"mahnısını ifa etdi.Məktəbin şagirdi Murad Musazadənin çıxışı ilə Əhməd Cavadın "Azərbaycan"seri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Sonda Əhməd Cavada həsr olunmuş film izlənildi.Tədbir Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayevanın çıxışı ilə başa çatdı.