Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın adını ucadan uca tutan qəhrəmanımız” adlı anım günü keçirilib

20.05.2022

 

 

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filial 20.05.2022-ci il tarixində Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəblə billikdə II-ci Qarabağ şəhidi Hümbətov Ruslan Səlim oğlunun anadan olmasının  35 illiyi münasibətilə ”Azərbaycanın adını ucadan uca tutan qəhrəmanımız” adlı anım günü keçirdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan edərək II-ci Qarabağ şəhidi Hümbətov Ruslan Səlim oğlunun həyat yolundan və qəhrəmanlığından söz açdı. Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin psixoloqu Qətibə Mustafayeva “Vətənə xidmətləri ilə hər kəsə nümunə olan igidlər”, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova “Ruslan Hümbətovun gizir kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi”, Züleyxa Mirzəyeva “Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı”, tarix müəlliməsi Gülnaz Əliyeva “Vətən və xalq yolunda canını fəda edən oğullar”, riyaziyyat müəlliməsi Zərəfnişan Bayramova “Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır” adlı çıxışlar etdilər.

Uşaq Təşkilatının rəhbəri Qənifə Nağıyeva Hümbətov Ruslan Səlim oğlunun Füzuli, Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirakından  və 5 oktyabr 2020-ci ildə Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşdə şəhid olmasından danışdı. . Kitabxanaçı RuziyəAbbasova, Jalə İsmayılova Şəhidin ölümündən sonra,, Füzulinin , Cəbrayılın azad edilməsinə görə" və Vətən uğrunda " medalları ilə təltif edilməsindən, iki övladının Vətənə əmanət qalmasından söhbət açdılar.Tədbirdə İşrirakşılardan  VI c  sinif şagirdlərindən Namiq Ələkbərov, Ayan Həsənova, İkram Cəfərov. Bağdagül İsmayılova, Tuncay Əliyev, Elcan Musayev, Çinarə Alıyeva, Minarə İsayeva, Rzazadə Murad şəhidlər haqqında şeirlər söylədilər.

 

 

72.6 KB

 

75.2 KB