20.05.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı” layihəsi çərçivəsində “Axmaq canavar” nağılının oxusunu və müzakirəsini keçirtdi. Tədbiri kitabxanaçı Səfayət Məmmədova apardı.Kitabxanaçı ilk öncə nağıllar və onların forma və məzmunu haqqında uşaqlara məlumat verdi. Sonra “Axmaq canavar” nağılınıucadan, ifadəli şəkildətədbir iştirakçılarının diqqətinəçatdırdı. Məktəblilər nağılıdiqqətlə dinlədilər və müəyyən suallarla kitabxanaçıya müraciət etdilər. Kitabxanaçı onların suallarını həvəslə cavablandırdı vənağılın daha yaxşı uşaqlar tərəfindən mənimsənilməsi üçün müzakirəsini təşkil etdi. Sonda uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.